http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN Bakı Avropa Liseyində təlim keçirib

18 Aprel 2024 , 12:58
FHN Bakı Avropa Liseyində təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə Nazirliyin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinin iştirak etdiyi təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Sonra liseyin direktoru Zülfiyyə Veysova heç kəsin fövqəladə hadisələrdən sığortalanmadığını, təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı aparılan maarifləndirmə tədbirlərinin bu baxımdan vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Sonda tədbirdə iştirak edən məktəblilər öz suallarını FHN əməkdaşlarına ünvanlayıb.

Daha sonra təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib. Zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub. Şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.

OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov Yardımlıda vətəndaş qəbulu keçirəcək

Vilayət Eyvazov Yardımlıda vətəndaş qəbulu keçirəcək

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət başında yaxalanıblar - BİRGƏ MƏLUMAT

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət başında yaxalanıblar - BİRGƏ MƏLUMAT

İyunda ardıcıl 5 gün iş olmayacaq

İyunda ardıcıl 5 gün iş olmayacaq

XƏBƏR LENTİ
  • 16:55

    Vilayət Eyvazov Yardımlıda vətəndaş qəbulu keçirəcək
  • 16:54

    "Nokia" 4G dəstəkləyən yeni düyməli modellərini təqdim edib
  • 16:52

    Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
    Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
  • 16:49

    Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət başında yaxalanıblar - BİRGƏ MƏLUMAT
    Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət başında yaxalanıblar - BİRGƏ MƏLUMAT
  • 16:45

    "SpaceX" kosmik uçuşlar üçün rezervasiyalara başlayıb
  • 16:39

    İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB
  • 16:37

    "Tottenhem"in hücumçusu sıradan çıxdı
  • 16:30

    Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
Menyu