Menyu

Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Teqlər:

"Marketd\u0259n 8000 manatl\u0131q spirtli i\u00e7ki o\u011furlayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər