http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Velosiped zolaqlarında müəyyən səhvlər aşkarlanır - EKSPERT

18 Aprel 2024 , 14:23
Velosiped zolaqlarında müəyyən səhvlər aşkarlanır - EKSPERT

Sosial şəbəkələrdə Xəqani küçəsində 3 geniş avtomobil zolağının üzərində salınan velokeçidin təhlükəli olduğu, düzgün yerdə salınmadığı barədə müzakirələr var. 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev  "Operativ Media"ya açıqlamasında mövzuya münasibət bildirib:

"Bu, Fikrət Əmirov küçəsi boyu çəkilmiş velozolaqdır və qeyd olunan sahə Xəqani küçəsi ilə kəsişən hissədir. Bu hissədə düşünürəm ki, gələcəkdə piyada keçidinin də əlavə olunmasına ehtiyac var. Bu velozolaq hələ şəbəkələşir, yəni işlər tam bitməyib. Həmin velokeçid Fikrət Əmirov küçəsi ilə üzü Muğam bağı istiqamətində davam edir, sonra "28 May", Dəmiryol vağzalı meydanına əlaqələnəcək. Bu da yaxın zamanların işidir. Yeri gəlmişkən, orada da bir az təkmilləşməyə ehtiyac var. Çünki Fikrət Əmirov küçəsi ilə "28 May" küçəsində velosiped keçidi bir neçə metrdən sonra piyada zolağıdır və bu da haqlı narazılığa səbəb olur. Çünki sürücülər əvvəlcə velozolaqda saxlayır, bir neçə metrdən sonra piyada zolağında saxlayır. Buna görə də keçidlərin paralel olaraq bir-birinə yaxın yerdə təşkilinə ehtiyac var ki, həm sürücülərə rahat olsun, həm velosipedçilərə, həm də piyadalara".

Ekspertin sözlərinə görə, bu məqamların aradan qaldırılmasına ehtiyac var və işlər görüldükcə belə səhvlər olmayacaq:

"Çünki zolaq şəbəkəsi bu ilin əvvəlindən daha aktiv olaraq çəkilməyə başlayıb və bu da insanlarımızın qısa məsafədə mikromobillik vasitələri üçün yaradılmış şəraitdir. Təxminən gələn ay veloşerinq xidməti, yəni paylaşılan velosiped xidməti aktivləşəcək. Bunun vasitəsilə də şəxsi velosipediniz olmasa, bir yerdən icarəyə götürüb, müəyyən məsafəni qət edəndən sonra park edib və səfərinizə davam edə bilərsiniz. Eyni zamanda bu günlərdə artıq mövcud işıqforlarda velosiped keçidi əlavə olunacaq. Bu da daha nizamlı hərəkətin təşkili yönündə doğru qərardır". 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda zavodda yanğın olub

Sumqayıtda zavodda yanğın olub

İki rayonda qazın verilişi bərpa olunub

İki rayonda qazın verilişi bərpa olunub

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 00:51

    ÇL: "Real Madrid" Münhen səfərindən sərfəli nəticə ilə qayıdır
  • Dünən
    23:28

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    23:08

    ABŞ Çinlə münaqişəyə hazır olmağın vacib olduğunu bildirib
  • Dünən
    22:55

    Bolqarıstan ABŞ ilə F-16-ların tədarükü ilə bağlı müqaviləyə dəyişiklik edib
  • Dünən
    22:40

    Gürcüstan parlamenti mayın 1-də xarici agentlər haqqında qanun layihəsinə yenidən baxacaq
  • Dünən
    22:26

    Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
  • Dünən
    22:11

    Sumqayıtda zavodda yanğın olub
  • Dünən
    21:59

    Tbilisidə etirazçılar parlament binasını mühasirəyə almaq qərarına gəliblər
Menyu