http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

18 Aprel 2024 , 15:19
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

XƏBƏR LENTİ
  • 20:43

    Netanyahu: İsrail ordusu razılaşmadan asılı olmayaraq Rəfaha daxil olacaq
  • 20:29

    Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
  • 20:16

    Xarici agentlər haqqında qanunun üçüncü oxunuşu iki həftədən sonra keçiriləcək
  • 20:03

    Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
  • 19:50

    Gürcüstanın hökuməti etirazlara baxmayaraq, xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
  • 19:36

    Azərbaycanla Malayziya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
  • 19:23

    AİB ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
  • 19:09

    Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
    Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
Menyu