18 Aprel 2024, 16:11
“Ayıq sürücü” xidmətinə kimlər tərəfindən nəzarət olunur?
“Ayıq sürücü” xidmətinə kimlər tərəfindən nəzarət olunur? şəkil
“Ayıq sürücü” xidmətinə kimlər tərəfindən nəzarət olunur?

Ölkəmizdə bir çoxları “Ayıq sürücü” xidmətindən istifadə edib. Lakin həmin sürücülərin heç sürücülük vəsiqələrinin olması bəlli deyil. Çünki adətən həmin xidmətin əsas tələbi şəhərin müxtəlif ərazilərinə naviqatora ehtiyac duymadan bələd olmaqdır. Bir sözlə, ayıq sürücü çağıran şəxsin ünvana təhlükəsiz şəkildə çatma ehtimalı Allaha qalır.

Bəs sözügedən “ayıq sürücü” xidmətinə kimlər tərəfindən nəzarət olunur və hər hansısa qayda pozuntusu olanda məsuliyyət kimin üzərinə düşür?

Bu barədə “Operativ Media"ya açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov qeyd edib ki, bu xidmətə nəzarət sistemi heç bir qurum tərəfindən aparılmır:

“"Ayıq sürücü" taksi kimi Bakının və bütün respublikanın ərazisində fəaliyyət göstərən qurumdur və buna istər vergi orqanları, istər Dövlət Sosial Müdafiə Fondu tərəfindən, sürücülük hüququndan tutmuş, sağlamlıq kağızına qədər heç bir cəhətdən nəzarət edilmir. Ayıq sürücünün törətdiyi qəzanın, yol hərəkət qaydalarının pozulmasından nəticələnən cərimələrin kimin üzərinə düşəcəyi barədə hüquqi tərəfdən heç bir əsas yoxdur. Ən pis halda Dövlət Yol Polisinin əməkdaşı şirkət tərəfindən təyin olunmuş ayıq sürücünü sükan arxasında saxladıqda müəyyən edə bilər ki, sürücülük hüququ var, idarə edə bilər, yoxsa yox. Ümid edirik ki, gələcəkdə ayıq sürücü xidməti hansısa bir qurumun nəzarəti altına keçəcək ki, başqa bir gün halı pisləşmiş və yaxud spirtli içki qəbul etmiş şəxs öz həyatını etibarlı bir sürücüyə əmanət edə bilsin”.

Ekspert əlavə edib ki, ayıq sürücü xidmətinin müəyyən etdiyi sürücülər əksər hallarda tələbə təbəqəsinə aiddir, çünki  məvacib çox az miqdarda nəzərdə tutulub və bu da cavanlar, sürücülük təcrübəsi az olanlar üçün əlavə gəlir deməkdir.   

Sevinc İbrahimzadə

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər