18 Aprel 2024, 16:21
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib şəkil
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüş keçirib.

"Operativ Media" "Azəriqaz"a istinadən xəbər verir ki, qəbulda Birlik rəhbəri ilə yanaşı, qurumun Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Görüşdə Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Tərtər, Füzuli, Beyləqan və Kürdəmir rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı əsasən yaşayış məntəqələrinə, yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunulub.

A. Məmmədov qəbula üz tutan 52 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər