18 Aprel 2024, 17:28
19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq şəkil
19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 5-də keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, hərracda Şəmkirdə yerləşən “Aşağı Zəyəmçay” (2 ha), Qazaxda “Dəmirçilər”” (1 ha), Balakəndə “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha) və “Paşan” (13 ha), Qəbələdə “Xırxatala” (2 ha), Zaqatalada “Qaraçay I” (30 ha) və “Talaçay” (8 ha), Şəkidə “Qaşqaçay” (2 ha), İsmayıllıda “Təzəkənd” (25 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq. Bununla yanaşı, Masallıda “Güllütəpə I” (7 ha), Göyçayda “Qarabaqqal I” (0,54 ha) və Ağcabədidə “Muğanlı” (1,40 ha) gil yatağı, həmçinin Abşeronda “Qumyataq” (5,6 ha) silikat qumu yatağı, Daşkəsəndə “Yalqışlaq” (2,1 ha) andezit yatağı, Şəmkirdə “Şəmkir” (6,56 ha) qranodiorit yatağı, Hacıqabulda “Kürdçü” (10 ha) və “Atbulaq” (5 ha), Xızıda “Yeni Yaşma I” (5,5 ha) qum yataqları da hərraca çıxarılır.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri 27 may 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/3A8vTU) tanış olmaq olar.

 

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər