Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb.
Bu barədə "Operativ Media"ya DGK-dən bildirilib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.
Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net