http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

19 Aprel 2024 , 13:41
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33,5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yolun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

OXŞAR XƏBƏRLƏR
Küləkli hava sabahadək davam edəcək

Küləkli hava sabahadək davam edəcək

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

XƏBƏR LENTİ
  • 08:50

    Çində yolun çökməsi nəticəsində ölənlərin sayı artıb
  • 08:39

    Brazilyada sel nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb
  • 08:35

    Küləkli hava sabahadək davam edəcək
  • 08:33

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
Menyu