http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?

19 Aprel 2024 , 16:18
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, belə asılılığı saxlaması və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlər başa düşülür.

"Operativ Media" xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, məişət zəminində fiziki və psixi zorakılıq kimi bu kateqoriyadan olan zorakılıq aktları da qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarına qarşı iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq etməklə onların maliyyə resurslarına çıxışını, bundan istifadəni yaxud ev, ailə təsərrüfatında maliyyə məsələlərinə, habelə birgə əmlaka nəzarətini məhdudlaşdırmaqdan ibarət olur.

Məişət zorakılığında qeyri-qanuni iqtisadi məhdudiyyətlərə aşağıdakıları aid etmək olar:

1. Şəxsin maliyyə resurslarına, o cümlədən gəlirlərinə, bank hesablarına və aktivlərinə nəzarətin həyata keçirilməsi. Bu, qurbanın razılığı olmadan pulun tutulması, vəsaitə çıxışın məhdudlaşdırılması və ya maliyyə qərarlarına nəzarəti əhatə edə bilər. Bundan başqa, şəxsin dövlət tərəfindən verilən müavinətlər, müxtəlif növ yardımlar yaxud digər sosial dəstək xidmətlərdən istifadə, onları əldə etmə və ya yararlanmasına mane olmağı da qeyd olunanlara misal göstərmək olar.

2. Şəxsin qida, yaşayış yeri və tibbi yardım kimi əsas ehtiyaclarla bağlı maddi asılı olduğu vəziyyət və şərait yaratmaq. Bu, qurbanın təhqiramiz münasibətdən çıxmasını və ya kömək istəməsini çətinləşdirə bilər.

3. Şəxsin əmək fəaliyyəti, iş və karyera imkanlarına müdaxilə etməklə maddi cəhətdən asılı vəziyyətə salmaq və ya bu vəziyyətdə saxlamaq. Bu əsasən, qurbanın işləməsinə və ya karyera qurmasına mane olmaq, müxtəlif üsullarla iş yerini tərk etməyə məcbur etmək və digər əməllərdə ifadə olunur. Həmçinin, şəxsdə yetərsizlik, çarəsizlik və s. bənzər hisslər yaratmaqla onların maddi gəlir əldə etməsinə mane olmağı da qeyd olunanlara misal göstərmək olar.

4. Şəxsin maddi cəhətdən müstəqil olmasına mane olmaq və ya qarşısını almaq. Bu əsasən, ailə və təsərrüfat xərclərini şəxsin gəlirləri hesabına qarşılamaq, onun adına kreditlər götürmək, müxtəlif yollarla qənaət etməklə və digər üsullarla maddi vəziyyətinin sabitliyinin qarşısını almaqda ifadə olunur.

5. Şəxsin məlumatı və razılığı olmadan onun adına borc götürmək, qurbanı sui-istifadə edənin xeyrinə borc götürməyə məcbur etmək, onun maliyyə məlumatlarından qanunsuz məqsədlərlə istifadə etmək, məqsədli olaraq maddi zərərə səbəb olacaq fəaliyyətlə məşğul olmaq, bu cür fəaliyyətə cəlb etmək və s.

6. Şəxsin daşınmaz əmlak, nəqliyyat vasitələri, qiymətli əşyalar və ya miras daxil olmaqla, birgə əmlakdan istifadəsinin qarşısını almaq və ya qadağan etmək. 

7. Şəxsin maddi vəziyyətini nəzarətdə saxlamaq, bu barədə mütəmadi məlumat əldə etmək üçün uşaqlardan istifadə etmək. Bu əsasən, uşaqla bağlı xərclərdən və ehtiyaclardan təsir vasitəsi kimi istifadə etmək və digər formada özünü göstərir.

8. Şəxsin hərəkətlərinə nəzarəti həyata keçirmək yaxud gücləndirmək məqsədilə maddi ziyan vurmaq, əmlakı girov qoymaq, satmaq və s. hüquqi nəticələrlə hədələmək.

OXŞAR XƏBƏRLƏR
Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək

Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıb

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıb

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək

XƏBƏR LENTİ
  • 05:47

    Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
  • Dünən
    22:22

    COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
  • Dünən
    21:55

    Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
  • Dünən
    21:41

    SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Menyu