Menyu

Xətaidə 21 yaşlı oğlan tanışı olan qadını qətlə yetirib, daha sonra özünü bıçaqlayıb

Nərmin Qocamanlı
Xətaidə 21 yaşlı oğlan tanışı olan qadını qətlə yetirib, daha sonra özünü bıçaqlayıb
1 dəq oxu

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanya yerləşdirilib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər