20 Aprel 2024, 14:46
Əhali 3 ay ərzində restoranlara nə qədər pul xərcləyib?
Əhali 3 ay ərzində restoranlara nə qədər pul xərcləyib? şəkil
Əhali 3 ay ərzində restoranlara nə qədər pul xərcləyib?

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 6,7 faiz artaraq 452,1 milyon manat olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,4 faiz artaraq 227,9 milyon manat olub.

Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə 5,8 faiz artaraq 2827,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2136,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək