Menyu

Bakıda 33 nömrəli müntəzəm marşrut xətti "BakuBus"a verilib

Nərmin Qocamanlı
Bakıda 33 nömrəli müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə "Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər