http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Nərimanovda taxta bazarı yanır - YENİLƏNİB 2

20 Aprel 2024 , 18:17
Nərimanovda taxta bazarı yanır - YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17:27

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

"Operativ Media"ya DİN-in mətbuat xidmətindən bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

***

17:00

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

XƏBƏR LENTİ
  • 22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • 22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • 22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • 22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • 22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • 21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
  • 21:35

    Gürcüstan Fransanı obyektivlik nümayiş etdirməməkdə ittiham edib
  • 21:20

    Trüdo: Demokratiyalarda fikir ayrılığı və qütbləşmə getdikcə artır
Menyu