Qubadlıda top mərmiləri aşkar edilib
Qubadlıda top mərmiləri aşkar edilib.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.
Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net