Menyu

DYP Xaçmaz və Beyləqanda sürücülərlə profilaktik söhbətlər aparıb

Nərmin Qocamanlı
DYP Xaçmaz və Beyləqanda sürücülərlə profilaktik söhbətlər aparıb

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş DYP İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

"Operativ Media" xəbər verir ki, bu barədə DYP məlumat yayıb.

Bildirilib ki, Xaçmaz və Beyləqan  rayonlarında təşkil olunan növbəti tədbir zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

Teqlər:

"DYP Xa\u00e7maz v\u0259 Beyl\u0259qanda s\u00fcr\u00fcc\u00fcl\u0259rl\u0259 profilaktik s\u00f6hb\u0259tl\u0259r apar\u0131b"

Əlaqəli Xəbərlər