Yasamalda 4 kq narkotik vasitə ələ keçirilib
Nərmin Qocamanlı
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.
H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net