Maştağa, Nardaran və Bilgəhin bir hissəsinə su xətləri çəkiləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
"Bu gün bizim ən böyük layihəmiz Abşeronun şimal-şərq hissəsində - Maştağa, Nardaran və Bilgəhin bir qismini əhatə edir. Bu, 70 minə yaxın insanın faydalanacağı su xətləri ilə bağlı layihədir və artıq icrasına başlanılıb. Maştağa anbarından 820 milli metrlik magistral küçəsi çəkirik. Anbarın inşasına başlamışıq və ondan sonra həmin ərazilərdə paylayıcı şəbəkə yaradılacaq. İlin sonunda bu layihəni tam yekunlaşdırmağı planlayırıq", - o bildirib.
Anar Cəbrayıllının sözlərinə görə, Bakıətrafı ərazilərin təxminən 11 faizində su xətləri yoxdur. Əhali ya maşınla suyu alır, ya da quyu suyundan istifadə edir.






