http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb

22 Aprel 2024 , 13:35
QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb

Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb.

"Operativ Media" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olacağını vurğulayıb.

Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalmasına diqqət çəkən Fuad Nağıyev Azərbaycan gənclərini karyera imkanlarını nəzərə alaraq ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük verməyə çağırıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku çıxışında görüşün təşkilat çərçivəsində turizm təhsili üzrə ilk belə hadisə olduğunu qeyd edərək tədbirin təşkil edilməsi və Bakıda baş tutmasının Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə verdiyi töhfələrin növbəti sübutu olduğunu bildirib.

Lazar Komanesku turizm sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə təhsilin bu sektorun gələcəyinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O, tədbir zamanı müzakirə ediləcək mövzuların təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın genişlənməsinə və sektordakı problemlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışında hər il 100-ə yaxın tələbənin müxtəlif ölkələrdə turizm təcrübəsi keçdiyini qeyd edib. Bildirib ki, universitet beynəlxalq mübadilə proqramlarında fəal iştirak edir.

Görüş çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr", "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzularında panel diskussiyalar, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu