http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycandakı hotellərdə hansı problemlər mövcuddur?

22 Aprel 2024 , 13:40
Azərbaycandakı hotellərdə hansı problemlər mövcuddur?

Azərbaycana gələn xarici qonaqların ölkəmizdə necə qarşılanması qədər, qaldıqları hotellərdə gördükləri şərait və diqqət də olduqca önəmlidir. Bu həm onların yaddaşında Azərbaycan haqqında yaranan təssüratı doğurur, həm də gördükləri dəyər nə vaxtsa yenidən ölkəmizə gəlmək istəmələri və ya başqalarına tövsiyə etmələri üçün səbəb olur.

Bəs ölkəmizin ərazisində yerləşən hotellərin hansı problemləri var?

Turizm eksperti Azər Hüseynov “Operativ Media”ya açıqlamasında bildirib ki, ölkədəki bir sıra hotelləri çıxmaq şərti ilə qalan hotellərin heç biri öz ulduzlarının sayına layiq deyillər:

“İctimai bir təşkilat olan Hotellər Assosiasiyasının heç bir səlahiyyəti yoxdur. Dövlət tərəfindən otellərə xüsusi nəzarət komitəsi yaradılmalıdır ki, onlar  ən azından verdiyi xidmətə görə cavab versin. Eləcə də hotellərin girişində həmin o təşkilatın telefon nömrəsi olmalıdır ki, gələn turist problem yarandığı zaman əlaqə saxlaya bilsin. Hotellərdə olan problemlər çoxdur. Su problemi, pəncərənin açılmaması və ya istənilən istiqamətdə açılmaması, açarların işləməməsi, sifariş edilən otaq ilə verilən otağın düzgün olmaması və s. parametrlər düz gəlmir”.

Onun sözlərinə görə, bu problemlərin həlli istiqamətində fəaliyyət göstərən nəzarət qurumu olsa, turizm sahəsinə müsbət təsir göstərər:

“Çünki ölkəmizə Çindən, Gürcüstandan, İsraildən gəlib Azərbaycanda ekskursiyalar keçən bələdçilərin qarşılaşdığı bir çox problem olur. Xüsusilə hotellərin ilk növbədə qiymətləri çox bahadır və  təqdim etdikləri  xidmət ödənilən qiyməti əks etdirmir. Bununla yanaşı, həm də qonaqlara qarşı məsuliyyətsiz davranılır”.

Sevinc İbrahimzadə

 

OXŞAR XƏBƏRLƏR
Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu