Menyu

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.  

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"N\u0259simi rayonunda silah v\u0259 narkotikl\u0259rin sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər