Menyu

Şahdağda sulu qar yağıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Şahdağda sulu qar yağıb - FAKTİKİ HAVA

Aprelin 22-si saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır. Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.

Teqlər:

"\u015eahda\u011fda sulu qar ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər