http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda dövlət idarə və təşkilatlar üçün tikinti normaları təsdiqlənib

22 Aprel 2024 , 16:03
Azərbaycanda dövlət idarə və təşkilatlar üçün tikinti normaları təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nı təsdiq edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, idarə və təşkilatlar üçün tikilən binaların vestibül və sonuncu mərtəbə döşəmələri arasındakı səviyyə fərqi 12 metr və daha çox olduqda, əhalinin gediş-gəlişi daimi olan binalarda isə bu səviyyələrin fərqi 9 metr və daha çox olduqda sərnişin liftləri olmaldır. Sərnişin liftlərinin sayı hesablamalar əsasında, lakin ikidən az olmamaq şərtilə təyin olunmalıdır. Bu zaman adamın xərəklə daşınması imkanı üçün binadakı liftlərdən birinin kabinəsinin dərinliyi 2 100 mm-dən az olmamalıdır. 10 və daha çox mərtəbəli binaların sərnişin daşıyan liftlərindən biri yanğından mühafizə bölmələrinin daşınması üçün nəzərdə tutulmalıdır. Mövcud 9 mərtəbəli binada mansarda mərtəbəsi inşa edildikdə belə liftin nəzərdə tutulmamasına yol verilir. Atriumlar qurulduğu halda lift 7 və daha cox mərtəbəli binalarda nəzərdə tutulmalıdır.

Bundan başqa, dövlət idarə və təşkilatları üçün tikilən binalarda otaqların və dəhlizin hündürlüyü döşəmədən tavana qədər 3 metrdən az olmamalıdır. Bu bunalarda dəhlizin uzunluğu 10 metrə qədər olduqda eni 1,2 metrdən, 10 metrdən artıq olduqda eni 1,5 metrdən və kuluar görüşmələr və yaxud gözləmə otağı kimi istifadə edilən dəhlizlərin eni 2,4 metrdən az olmamalıdır. Ən uzaq otağın qapısından yaxındakı liftin qapısına qədər olan məsafə 60 metrdən çox olmamalıdır.

Həmçinin idarə və təşkilatların inzibatı binalarında otaqların sahələri üçün yolverilən maksimal ölçülər müəyyənləşib.

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

XƏBƏR LENTİ
  • 09:22

    Dünya bazarlarında neftin qiyməti aşağı düşüb
  • 09:19

    İranın xarici işlər naziri Qambiyaya səfər edib
  • 09:11

    Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
  • 09:07

    Blinken: "ABŞ Fələstin və İsrailin birgə yaşamasının mümkünlüyünü düşünür"
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
Menyu