http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Laçında peşə yarmarkası keçirilib

26 Aprel 2024 , 13:10
Laçında peşə yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi  işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında “Laçında peşə öyrən!” adlı Peşə yarmarkası keçirib.  

Bu barədə "Operativ Media"ya DMA-dan məlumat verilib.

Bildirilib ki, yarmarka Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.  

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyin Quliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak edib. 

Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, master-klaslar keçirilib.  

Yarmarkaya qatılan şəxslərə peşələr barədə və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib. 

Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir. 

Yarmarka çərçivəsində həmçinin “Azərsun Holdinq”in mili markası olan “Azerçay” ilə birgə “Doğma Laçında Çay Festivalı” adlı korporativ sosial məsuliyyət layihəsi də həyata keçirilib. İştirakçılar üçün çay sərgisi,  milli mətbəx guşəsi təşkil edilib. Layihə konsert proqramı ilə davam edib. 

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

XƏBƏR LENTİ
  • 18:59

    Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
  • 18:19

    Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb
  • 18:11

    Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
    Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
  • 18:09

    Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
    Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
  • 18:06

    DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
  • 18:02

    İlham Əliyev və Nikol Paşinyan mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməyəcək
    İlham Əliyev və Nikol Paşinyan mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməyəcək
  • 18:00

    Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək
    Putin mayın 8-də Paşinyanla ikitərəfli görüş keçirəcək
  • 17:57

    Sumqayıt sakini itkin düşüb - FOTO
Menyu