Menyu

Növbəti köç karvanı Füzuliyə çatıb

Nərmin Qocamanlı
Növbəti köç karvanı Füzuliyə çatıb

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

"Operativ Media" xəbər verir ki, bu gün 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini - Bakı şəhərindən 25 ailə (89 nəfər), Abşeron rayonundan 6 ailə (22 nəfər), Sumqayıt şəhərindən 4 ailə (11 nəfər), Füzuli rayonundan 2 ailə (11 nəfər), Gəncə şəhərindən 1 ailə (5 nəfər), Qazax rayonundan 1 ailə (2 nəfər) Füzuliyə köçürülüb.

Bununla da Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin məskunlaşması təmin edilib.

Teqlər:

"N\u00f6vb\u0259ti k\u00f6\u00e7 karvan\u0131 F\u00fczuliy\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər