Menyu

Avtomobili yay mövsümünə necə hazırlamaq lazımdır?

Nərmin Qocamanlı
Avtomobili yay mövsümünə necə hazırlamaq lazımdır?

Avtomobilləri qış mövsümünə hazırlamaq lazım olduğu kimi, yay mövsümünə də hazırlamaq olduqca vacibdir. Artıq ahavalar istiləşdikcə sürücülər mütləq lazımi tədbirləri görməlidirlər ki, sonradan həm avtomobil zərər görməsin, həm də sürücüyə artıq ziyan dəymiş olmasın.

Bəs avtomobili yay mövsümünə hazırlamaq üçün nə etmək lazımdır?

Mövzu ilə əlaqədar avtomobil ustası Sahil Ağabəyli "Operativ Media"ya açıqlamasında bildirib ki, yay aylarına keçid zamanı kondisionerlər mütləq yoxlanmalıdır:

"Kondisionerlərin freonlarının azlığı-çoxluğu yoxlanmalıdır. Radiator barmaqlarının qabağı bir metr məsafədən şırnaqlı suyla yuyulmalıdır. İlk növbədə bunlara diqqət etmək lazımdır. Şinlər əgər qış şinləridirsə, mütləq onları dörd mövsüm və yaxud yay təkərlərinə keçirmək lazımdır. Paytaxtımızda mühərrik yağları üçün heç bir halda yay və ya qış mövsümü fərqi yoxdur. Ancaq söhbət regionlardan, çox isti bölgələrimizdən gedirsə, bu zaman yağ dəyişimi də mühərrikdə mütləq baş verməlidir".

Usta qeyd edib ki, avtomobillər günün altında saxlanılmamalıdır:

"Çünki avtomobilin boyasına və yaxud da içəridə olan cihazlar lövhəsində faraların bozarmasında ən böyük rol məhz avtomobili günəşin vurması ilə bağlıdır. Hətta bunun benzin çənlərinə də zərərləri var ki, çox istinin qabağında saxlanarsa yanacaq çənindən yanacağın uçması baş verir. Bu halda ən azından bir faiz də olsa, təhlükə ehtimalı olur. Buna görə də yay mövsümünə keçid ərəfəsində bunlara diqqət etmək lazımdır".

Sevinc İbrahimzadə

Teqlər:

"Avtomobili yay m\u00f6vs\u00fcm\u00fcn\u0259 nec\u0259 haz\u0131rlamaq laz\u0131md\u0131r?"

Əlaqəli Xəbərlər