http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şabran polisi məktəblilərlə görüşüb

27 Aprel 2024 , 09:17
Şabran polisi məktəblilərlə görüşüb

 

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 saylı tam orta məktəbində  “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin, cari il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Yanvar-aprel ayları ərzində istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

Yanvar-aprel ayları ərzində istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı keçiriləcək

Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı keçiriləcək

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü başlayıb

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü başlayıb

XƏBƏR LENTİ
  • 11:52

    Fuat Oktay Azərbaycanın Baş nazirini qəbul edib
  • 11:49

    Yanvar-aprel ayları ərzində istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb
  • 11:45

    Mourinyo keçmiş komandasına qayıtmaq istəyir
  • 11:44

    İsrail və Qəzza sərhədindəki keçid məntəqəsi fəaliyyətini bərpa edib
  • 11:42

    "TikTok" və şirkətin çinli sahibi ABŞ-ni məhkəməyə verib
  • 11:26

    İran və Misir arasında normal münasibətlərin bərpası üçün yol xəritəsi hazırlanır
  • 11:24

    Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı keçiriləcək
  • 11:19

    Lukaşenko Rusiyaya səfər edib
Menyu