http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

28 Aprel 2024 , 19:17
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən "Operativ Media"ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 29-da gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş DYP İdarəsi sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

OXŞAR XƏBƏRLƏR
Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

Orxan Məmmədov: "Yerli kiçik sahibkarlara şans verilməlidir"

Orxan Məmmədov: "Yerli kiçik sahibkarlara şans verilməlidir"

Məmməd Abbasbəyli: "Bəzi sahibkarlar öz sahələrinə uyğun olmayan tenderlərdə iştirak edirlər"

Məmməd Abbasbəyli: "Bəzi sahibkarlar öz sahələrinə uyğun olmayan tenderlərdə iştirak edirlər"

XƏBƏR LENTİ
  • 12:59

    Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb
  • 12:51

    ATƏT sədri Ermənistanda keçirilən etirazlarla bağlı şərh bildirməkdən çəkinib
  • 12:46

    Babək prospektində piyadanı maşın vurub
    Babək prospektində piyadanı maşın vurub
  • 12:43

    MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
  • 12:36

    Estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı pozuntulara yol verən şəxslər məsuliyyətə cəlb olunub
  • 12:20

    Azərbaycanda illik inflyasiya 1%-dən aşağı endi
  • 12:14

    Yüksək vəzifə verilən general-mayor Müşfiq Məmmədov kimdir?
  • 12:04

    Azərbaycana Latviyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi maraqlıdır - Sahib Məmmədov
Menyu