http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB

29 Aprel 2024 , 13:50
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

"Operativ Media" xəbər verir ki, 39 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərin məskunlaşması təmin olunub.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***

06:50

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.

"Operativ Media" xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatacaq.

OXŞAR XƏBƏRLƏR
Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər

Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər

Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİB

Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİB

Prezident ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
  • 05:54

    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
  • Dünən
    23:02

    Gürcüstanda polis müxalifət liderini döyüb
  • Dünən
    22:47

    Hakan Fidan Ukrayna rəsmiləri ilə görüşüb
  • Dünən
    22:33

    Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb
  • Dünən
    22:19

    Blinken: ABŞ Rusiyanın aktivləri üçün yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir
  • Dünən
    22:04

    ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməklə hədələyib
Menyu