http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AzərEnerji: Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

29 Aprel 2024 , 10:23
AzərEnerji: Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da “AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi aparılır.

"Operativ Media" “AzərEnerji”yə istinadən xəbər verir ki, 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Qeyd edilib ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub.

Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon Kv/saat-a yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.

Qurum qiqətə çatdırıb ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən “Qlobal Karbon Şurası” təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.

OXŞAR XƏBƏRLƏR
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçib

Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçib

Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib

Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib

Yasamalda qəza nəticəsində svetofor dirəyi yararsız hala düşüb - VİDEO

Yasamalda qəza nəticəsində svetofor dirəyi yararsız hala düşüb - VİDEO

XƏBƏR LENTİ
  • 10:52

    Moskva Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupunun işini bərpa etməyi zəruri hesab edir
  • 10:49

    Sinqapur Prezidenti Sahibə Qafarovanı qəbul edib
  • 10:49

    Bakıda reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir - FOTO
    Bakıda reklam lövhələri olan binaların fasadında dəyişikliklər edilir - FOTO
  • 10:43

    Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçib
  • 10:37

    Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib
  • 10:36

    Makron Muxtar Babayevi qəbul edib
    Makron Muxtar Babayevi qəbul edib
  • 10:26

    ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 1,5 dəfə artıb
  • 10:22

    KİV: Yaponiyada ölümcül xəstəlik rekord sürətlə yayılır
Menyu