Qusarda kafedə yanğın olub
Nərmin Qocamanlı
Qusar şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.
"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net