http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirib

29 Aprel 2024 , 11:29
FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Cəfər Cabbarlı” stansiyasında taktiki xüsusi təlim keçirilib.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Cəfər Cabbarlı” stansiyasının maşın zalında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 35 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

OXŞAR XƏBƏRLƏR
Sabah bu iki rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah bu iki rayonun qaz təchizatında fasilə yaranacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

XƏBƏR LENTİ
  • 06:43

    2023-cü ildə dünyada ölkə üzrə məcburi köçkünlərin sayı 75,9 milyon nəfərə çatıb
  • 06:29

    Ağ Ev: ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdən keçirəcək
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
  • 05:54

    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
  • Dünən
    23:02

    Gürcüstanda polis müxalifət liderini döyüb
  • Dünən
    22:47

    Hakan Fidan Ukrayna rəsmiləri ilə görüşüb
  • Dünən
    22:33

    Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb
Menyu