Menyu

Naxçıvan Baş Gömrük İdarəsi 21 kiloqramdan artıq heroin aşkar edib

Nərmin Qocamanlı
Naxçıvan Baş Gömrük İdarəsi 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Nax\u00e7\u0131van Ba\u015f G\u00f6mr\u00fck \u0130dar\u0259si 21 kiloqramdan art\u0131q heroin a\u015fkar edib"

Əlaqəli Xəbərlər