Menyu

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb

Nərmin Qocamanlı
Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb
1 dəq oxu

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (22.04.2024 - 28.04.2024) açıqlanıb.

ANAMA-dan "Operativ Media" ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə mina, 100 tank əleyhinə mina, 380 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 245 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əlaqəli Xəbərlər