http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

29 Aprel 2024 , 15:38
FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 23-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğanla görüşən Əşrəf Qasımov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, mövcud əməkdaşlığın ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğan son illər Türkiyədə baş vermiş fövqəladə hallar zamanı - 2021-2022-ci illərdəki meşə yanğınlarının söndürülməsində, 2023-cü ildəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyin əhəmiyyətini vurğulayıb.

Görüşdə fövqəladə hallar zamanı hər iki ölkənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fəaliyyəti, təlimlərin təşkili, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, səfər çərçivəsində FHN-in nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotillə də görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı FHN-in nümayəndə heyəti Türkiyənin Jandarma Hava Qüvvələri Komandanlığının fəaliyyəti ilə yaxından tanış olub.

OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB

Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB

Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"

FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"

XƏBƏR LENTİ
  • 07:43

    Rusiya prezidenti ilə Çin sədrinin görüşü başlayıb
  • 07:03

    Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB
  • 06:45

    "Yuventus" İtaliya Kubokunun qalibi oldu
  • 06:30

    Kanadanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir
  • 04:00

    Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
Menyu