http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İsti hava nə vaxta qədər davam edəcək?

29 Aprel 2024 , 16:45
İsti hava nə vaxta qədər davam edəcək?

Son günlər ölkə ərazisinə cənubdan daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. Hazırda havanın temperaturu iqlim normasından yüksəkdir.

"Operativ Media" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998-ci və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31,5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin mayın 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”, - deyə N.Mahmudov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Qusarda bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib

Qusarda bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib

Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:35

    İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
  • 16:30

    Qusarda bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib
  • 16:26

    Zelenski rus qoşunlarının 20 kilometrliyində generallarla görüş keçirib
  • 16:18

    AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı
  • 16:16

    Slokaviya XİN İlham Əliyevə təşəkkür edib
    Slokaviya XİN İlham Əliyevə təşəkkür edib
  • 16:15

    Belarus Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
  • 16:10

    Çin Ukraynanın əsas ticarət tərəfdaşı olub
  • 16:09

    Lukaşenko Heydər Əliyevin məzarını ziyarət edib
Menyu