http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror TİHEK-in rəhbəri ilə görüşüb

29 Aprel 2024 , 17:15
Baş prokuror TİHEK-in rəhbəri ilə görüşüb

Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, Kamran Əliyev qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
 
Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.   
 
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
 
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.
 
Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB

Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB

Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4

FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"

FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"

XƏBƏR LENTİ
  • 07:03

    Bakıda yanğın səbəbindən bağlanan yollar açılıb - YENİLƏNİB
  • 06:45

    "Yuventus" İtaliya Kubokunun qalibi oldu
  • 06:30

    Kanadanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir
  • 04:00

    Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
  • Dünən
    23:08

    SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
Menyu