Menyu

HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib

Nərmin Qocamanlı
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Müttəfiqlərin Avropadakı Baş Qərargahının ekspert qrupunun iştirakı ilə "Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu"nun koordinasiya görüşü keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə kursla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, kursun əsas məqsədi döyüş hazırlığında NATO standartlarını və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) metodikasını dinləyicilərə tədris etməkdir.

Qeyd edək ki, kursda 30-a yaxın NATO-nun tərəfdaş ölkələrinin iştirakı nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər