Menyu

İyunda ardıcıl 5 gün iş olmayacaq

Nərmin Qocamanlı 3832 baxış
İyunda ardıcıl 5 gün iş olmayacaq
1 dəq oxu

Bu il iyunda ardıcıl 5 gün qeyri-iş günü olacaq.

"Operativ Media" xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyunun 16, 17-si isə Qurban bayramıdır.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Əlaqəli Xəbərlər