Menyu

Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb
1 dəq oxu

Mayın 1-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər