http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

15 May 2024 , 17:06
Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

"Operativ Media"nın Dövlət Vergi Xidmətində istinadən verdiyi xəbərə görə, məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib ki, əgər mənzil dövlət və ya ictimai mənzil fonduna aiddirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq, vətəndaş daşınmaz əmlakın dövlət reyestrini aparan orqana ərizə və ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə müraciət edir.

1. Mənzil sahəsinə dair order və ya mənzilin kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam;

2. Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi;

3. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.

1 oktyabr 2009-cu il tarixindən sonra isə dövlət mənzil fondundan verilmiş yaşayış sahələrinin özəlləşdirilməsi (qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla) nəzərdə tutulmur.

- Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən tikilmiş binadan alınan mənzillərə gəlincə, ilk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi adına çıxarış ala bilər.

- Mənzil-tikinti kooperativindən (MTK) mənzil alanlar mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün (əgər bina istismara qəbul edilibsə) dövlət reyestrini aparan orqana 2 sənəd - mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzilə dair pay haqqının ödənilməsi və borcun olmadığı barədə maliyyə arayışını təqdim etməlidir.

Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ əmlakı sığorta, girov, alqı-satqı və digər iqtisadi əməliyyatlar üçün istifadə imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR
Bazar gününün havası açıqlanıb

Bazar gününün havası açıqlanıb

Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub

Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub

DİN: Xankəndidən 24 avtomat silahı aşkarlanaraq götürülüb

DİN: Xankəndidən 24 avtomat silahı aşkarlanaraq götürülüb

XƏBƏR LENTİ
  • 12:22

    Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
  • 12:17

    Bazar gününün havası açıqlanıb
  • 12:05

    Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olan müəssisələrin fəaliyyəti ilə tanış olub
  • 11:39

    DİN: Xankəndidən 24 avtomat silahı aşkarlanaraq götürülüb
  • 11:24

    Amerikalı səyyah: Qarabağdakı dəyişikliklərdən təsirləndim
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
  • 11:06

    Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib
  • 11:04

    Paris-2024: Azərbaycanlı badmintonçu məğlubiyyətlə başladı
Menyu