http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16 May 2024 , 10:46
İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək məqsədilə aparılan monitorinq nəticəsində Qazax Rayon İcra Hakimiyyətində istifadə olunan bir neçə kompüterin zərərvericilərə yoluxma halı aşkar edilmişdir.

XRİTDX-dən "Operativ Media"ya verilən məlumata görə, insidentin yerində araşdırılması zamanı Zərərvericilərin Tədqiqi Laboratoriyası tərəfindən işçi kompüterlərə baxış keçirilmiş, yoluxmanın yayılma üsulu müəyyən edilmiş və zərərverici nümunələr götürülmüşdür. İnformasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilmiş, audit hesabatı hazırlanmış, tövsiyyələrlə bərabər aradan qaldırılması üçün İcra Hakimiyyətinə təqdim edilmişdir.

Sonda İcra Hakimiyyətinin nümayəndələri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Kibergigiyena üzrə ən qabaqcıl təcrübələr” mövzusunda təlim keçirilmişdir. Təlimdə internetdən təhlükəsiz istifadə, şifrə siyasəti, fişing hücumları, son zamanlar yayılmış kiberhücum metod və vektorları kimi aktual mövzulara toxunulmuşdur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi səviyyəsinin artırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu