http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

16 May 2024 , 10:58
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 41 mm, Qaxda 39 mm, Balakəndə 12 mm, Astarada 9 mm, Lerik, İmişlidə 8 mm, Ordubadda 6 mm, Şəmkirdə 5 mm, Lənkəran, Şəki, Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy, Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar, Şamaxıda 4 mm-dək olub.

Yağan intensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçib.

Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.

Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar, Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu