Menyu

Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Nərmin Qocamanlı
Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 milyon manat) çox olmaqla 2 milyard 152 milyon manat vəsait yönəldilib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, pensiya artımı sahəsində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem vasitəsilə proaktiv qaydada aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər