http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

16 May 2024 , 17:01
Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Bakı və digər şəhərlərdə hələ də yataqxana tipli çoxmənzilli yaşayış binaları mövcuddur. Lakin belə binaların əksəriyyəti yararsız və yaşayış üçün təhlükəli vəziyyətdir. Buna baxmayaraq bu tip binalarda hələ də ailələr yaşayır. Bu binaların gələcək taleyi orada yaşayan sakinlərin də narahatlığına səbəb olur. 

Bəs yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, həmin yataqxanalar hər hansısa bir təşkilatın, müəssisənin və digər qurumun balansında olduğuna görə, onların sökülməsi üçün ilk növbədə onlar ya mövcud olduğu qurumun balansından çıxarılmalıdır, ya da həmin qurumun öz istəyi ilə sökülüb yenidən tikilə bilər:

"Paytaxt Bakıda onlarla tələbə yataqxanaları tipli binalar var ki, onlarda bir müddət əvvələ qədər məcburi köçkünlərimiz qalırdı. Sonradan onların bir hissəsini dövlət ev ilə təmin etdi, digər hissəsi isə mərhələli şəkildə öz yurd yuvalarına köçür. Yəni yataqxana tipli binaları mütləq şəkildə yalnız Elm və Təhsil Nazirliyi sökə bilər və onun yerində yenə də yataqxana və yaxud bu tip hər hansısa bir inzibati bina tikə bilər. Yataqxana tipli binaların bir hissəsi tələbə yataqxanaları, digər hissələri isə sovet dövründə fəaliyyət göstərən hər hansısa bir zavod və ya fabrikin balansında olub ki, həmin zavod və fabriklərin böyük hissəsi artıq fəaliyyət göstərmir. Bu baxımdan ilk növbədə belə binaların sökülməsi üçün onun sahibi, yəni mövcud olduğu müəssisə məlum olmalıdır. Həmin müəssisə əgər fəaliyyətdədirsə onun icazəsi və istəyi ilə sökülə bilər. Əgər fəaliyyətdə deyilsə, bu bina artıq aidiyyəti dövlət qurumunun balansına keçdikdən sonra qəzalı vəziyyətdə olduğu müəyyənləşməlidir. Bundan sonra isə onları söküb yeni tikili binalarla əvəzləmək mümkündür".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu