Menyu

Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 24-də saat 09:00-da Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax rayonu və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-377-84-97) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər