28 Noyabr 2024, 11:56
Polşa səfiri Azərbaycan XİN-nə çağırılıb
Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.
Polşa səfiri Azərbaycan XİN-nə çağırılıb şəkil
Polşa səfiri Azərbaycan XİN-nə çağırılıb

Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Son xəbərlər
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir