Menyu

ABŞ Ukraynaya “Patriot” istehsalı üçün lisenziya verə bilər

Operativ Media
ABŞ Ukraynaya “Patriot” istehsalı üçün lisenziya verə bilər

ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün köhnə versiyalı sursatların istehsalına dair lisenziya verilməsi imkanını müzakirə edir.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-yə uçarkən jurnalistlərlə söhbəti zamanı deyib.

Tramp Ukraynaya “Patriot” üçün sursat istehsalına dair ABŞ lisenziyasının verilməsinin müzakirə olunub-olunmadığı ilə bağlı suala müsbət cavab verib. O bildirib ki, söhbət daha az müasir versiyalı ələkeçiricilərdən gedir.

ABŞ Prezidenti Avropa ölkələrinin Ukraynaya “Patriot” sistemləri üçün raket-ələkeçiricilər satmaq planlarına münasibət bildirməkdən yayınaraq qeyd edib ki, ABŞ-nin müəyyən silah növləri üzrə böyük ehtiyatları var.

Tramp bildirib ki, daha müasir sursatların əhəmiyyətli hissəsi Ukraynaya verilib, lakin ABŞ həmin ehtiyatları sürətlə bərpa edir.

Sentyabrın əvvəlində ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna ABŞ-dən lisenziya alsa belə, “Patriot” sistemləri üçün sursat istehsal edəcək müəssisələrin yaradılmasına bir neçə il lazım olacaq.

Rubionun sözlərinə görə, “Patriot” olduqca mürəkkəb silah sistemidir və mümkün lisenziya Ukraynanın bu sistemlərə olan qısamüddətli ehtiyacını həll etməyəcək. O, bununla bağlı danışıqların davam etdiyini və gələcəkdə nəticə verə biləcəyini qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər