ABŞ İran rəsmisinin Avstriyaya girişinə mane olub
ABŞ-nin təkidi ilə Avstriya hakimiyyəti İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin ölkəyə girişinə icazə verməyib.
Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Eslaminin Avstriyaya daxil olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) konfransında çıxış etməsinə imkan yaratmaq üçün ona qarşı tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını istəyib.
Lakin ABŞ İran rəsmisinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmamasında israr edib. Nəticədə Eslaminin Avstriyaya girişinə icazə verilmədiyi bildirilir. Bu səbəbdən konfransda İranı daha aşağı vəzifəli məmurun təmsil edəcəyi qeyd olunub.
“Bloomberg” yazır ki, ABŞ energetika naziri Kris Rayt iclasda çıxış edərək Tehrana BAEA ilə əməkdaşlığın zəruriliyi və nüvə silahına sahib olmaq cəhdindən tamamilə imtina etməli olduğu barədə xəbərdarlıq etməyi planlaşdırır.
Məlumata görə, Rayt çıxışında ABŞ-ın nüvə texnologiyalarının inkişafı sahəsində liderliyini vurğulayacaq. Bu texnologiyaların ən yüksək beynəlxalq təhlükəsizlik, mühafizə və nüvə silahlarının yayılmaması standartlarına uyğun olduğu bildiriləcək.
BAEA Baş Konfransının 70-ci sessiyası sentyabrın 14-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
dəqiqələr içində saytın olsun.