Menyu

Azərbaycan üzgüçüləri Maltada 8 medal qazanıblar

Operativ Media
Azərbaycan üzgüçüləri Maltada 8 medal qazanıblar

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da uğurlu çıxış ediblər.

Operativ Media xəbər verir ki, Azərbaycan komandası 4×50 metr sərbəst üsulla komanda estafetində 3:14.55 nəticə göstərərək birinci yerə layiq görülüb.

Atletlərimiz fərdi yarışlarda da mükafatçılar sırasında yer alıblar. Mirqayıb Rəsulov 50 metr batterflayda 32.70 saniyə, 50 metr sərbəst üsulda isə 31.26 saniyə nəticə ilə ikinci yeri tutub.

Georgiy Qəniyev 50 metr arxasıüstə üzmədə 38.60 saniyə ilə ikinci, 50 metr sərbəst üsulda isə 31.47 saniyə nəticə ilə üçüncü olub.

Ağasəlim Abdullayev 25 metr brass üsulunda 29.18 saniyə nəticə ilə ikinci yeri tutub. O, 50 metr brass üsulunda 1:04.80 nəticə ilə dördüncü olub.

Məhəmməd Əli 50 metr arxasıüstə üzmədə 1:19.92 nəticə ilə üçüncü, 50 metr sərbəst üsulda isə 1:09.64 nəticə ilə altıncı yeri tutub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər